Beş sərbəst güləşçimiz Avropa Olimpiya təsnifat turnirində mübarizəyə qoşulub
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri start götürüb.

Birinci yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyənləşdirəcəklər.

Sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) Niklas Steşele (Almaniya), Hacı Əliyev (65 kq) George Ramm (Böyük Britaniya), Hacımurad Hacıyev (74 kq) fransalı Andre Afa, Abubakr Abakarov (86 kq) macarıstanlı İştvan Vereb, Camaləddin Məhəmmədov (125 kq) isə Finlandiya təmsilçisi Tapani Heyno ilə qarşılaşacaq.

Xəbər 489 dəfə oxundu.