“Champions Chess Tour”: Bu gün yarımfinal görüşləri keçiriləcək
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin yarımfinalçıları müəyyənləşib.

Bu gün keçiriləcək yarımfinal görüşlərində norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi, niderlandlı Aniş Giri amerikalı şahmatçı Uesli So ilə mübarizə aparacaq.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.

Xəbər 391 dəfə oxundu.