Aydın Süleymanlı Monteneqro şahmat festivalında ikinci-üçüncü yerləri bölüşür
Azərbaycan təmsilçisi Aydın Süleymanlı Monteneqroda keçirilən şahmat festivalında mübarizəni uğurla davam etdirir.

Şahmatçımız 8-ci turda yerli idmançı Blazo Kaleziç ilə heç-heçə edib. Hazırda A.Süleymanlı 5 xalla ikinci-üçüncü yerləri bölüşür. Birinci pillədə isə 6,5 xalla Nikola Cukiç qərarlaşıb.

Qrossmeyster normalı yarış dairəvi sistem üzrə keçirilir.

Xəbər 398 dəfə oxundu.