Azərbaycanlı FIFA referiləri futzal üzrə beynəlxalq oyuna təyinat alıblar
Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı və Knyaz Əmiraslanov beynəlxalq oyuna təyinat alıblar.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, hakimlərimiz “Avro-2022”nin ilkin seçmə mərhələsində keçiriləcək Yunanıstan – Moldova oyununu idarə edəcəklər. Seçmə mərhələnin 3-cü qrupunda yer alan bu komandaların qarşılaşması aprelin 9-da keçiriləcək.

Xəbər 321 dəfə oxundu.