Serxio Ramos Çempionlar Liqasında növbəti uğura imza atıb
“Real Madrid”in müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının səkkizdəbir final mərhələsində 15-ci qolunu vurub.

“Atalanta”ya qarşı keçirilən cavab matçında Madrid təmsilçisinin kapitanı 11 metrlik cərimə zərbəsindən vurulan qolla adını turnirin tarixinə yazdırıb. Bununla da o, “Real Madrid”də oynamış Roberto Karlosdan sonra ikinci pillədə qərarlaşıb.

1996-2007-ci illərdə Madrid komandasında oynamış braziliyalı futbolçu Çempionlar Liqasında 16 qol vurub.


Xəbər 301 dəfə oxundu.