Moldova klubu azərbaycanlı futbolçu Orxan Qurbanlını transfer edib
Moldovanın “Dinamo-Avto” klubu azərbaycanlı futbolçu Orxan Qurbanlını transfer edib.

25 yaşlı yarımmüdafiəçi 2021-ci ilin sonunadək icarə əsasında Moldova təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, futbolçu müqavilə ilə Latviyanın “Ventspils” klubuna məxsusdur.

Xəbər 329 dəfə oxundu.