Çoxnövçülük üzrə onlayn turnir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Novruz Bayramı münasibətilə çoxnövçülük (paralel qollar) üzrə onlayn rayon turniri keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, turnirdə Adil Şirməmmədov birinci olub. Rəvan Əsədov yarışı ikinci, Şükür Hüseynov isə üçüncü pillədə başa vurublar.

Xəbər 430 dəfə oxundu.