Şəhid Orxan Qasımovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri məlum olub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Suraxanı Rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Orxan Qasımovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.

Oğlanların yarışında Rəvan Uğuzov, İsmayıl Süleymanlı və Aydın Allahverdiyev ilk üçlükdə qərarlaşıblar. Qızlar arasında Ayan Hüseynli bütün rəqiblərini qabaqlayaraq birinci olub. Şəms Fərzəli yarışı ikinci, Fidan Təhməzova isə üçüncü pillədə başa vurublar.

U-8 yaş kateqoriyasında Fatimə Mirzəliyeva birinci, Rüstəm Babayev ikinci, Oqtay Əfəndi üçüncü pillədə qərarlaşıblar. U-10 yaş kateqoriyasında Paşam Əlizadə, Leyla Mirzəliyeva və Murad Rzayev fərqləniblər. U-12 yaş kateqoriyasında Kənan İsbatov yarışı birinci pillədə başa vurub. Cavad Xəlilzadə və Nihat Şıxəhmədi ilk üçlüyü tamamlayıblar.

Xəbər 635 dəfə oxundu.