Şahmatçımız Aydın Süleymanlı Monteneqroda liderlər qrupunda mübarizəsini davam etdirir
Monteneqroda Azərbaycan təmsilçisi Aydın Süleymanlının da qatıldığı şahmat festivalının 7-ci turu keçirilib.

Şahmatçımız 7-ci turda yerli idmançı Milos Pecuricanı məğlub edərək aktivinə daha bir xal əlavə edib. Hazırda şahmatçımız 4,5 xalla ikinci yeri tutur. Birinci pillədə isə 5,5 xalla yerli şahmatçı Nikola Cukiç qərarlaşıb. İlk üçlüyü 4 xalla rusiyalı Qleb Dudin qapayır.

Qrossmeyster normalı yarış dairəvi sistem üzrə təşkil edilib.

Xəbər 380 dəfə oxundu.