Kərim Benzema Çempionlar Liqasında 70-ci qolunu vurub
“Real Madrid”in hücumçusu Kərim Benzema Çempionlar Liqasının bombardirlər siyahısında üçüncü pilləyə yüksələ bilər.

Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Atalanta” ilə cavab görüşündə vurulan qol Kərim Benzemanın turnirdəki 70-ci qolu olub.

Çempionlar Liqası tarixində “Lion” komandasında 12, “Real” klubunda 58 qol vuran fransalı futbolçudan daha çox Kriştiano Ronaldo fərqlənib. Belə ki, Ronaldo 134 (“Real” 105, “Mançester Yunayted” 15, “Yuventus” 14) qol ilə ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirdə Lionel Messi 120 (“Barselona”), Robert Levandovski 72 (“Bavariya” 55 qol, “Borussiya” 17 qol) və Raul Qonzales isə 71 (“Real Madrid” 66 qol, “Şalke” 5 qol) dəfə rəqib qapısına yol tapıblar.

Xəbər 368 dəfə oxundu.