“Neftçi” transfer fəaliyyətini Keysuke Honda ilə yekunlaşdırmayacaq
Bakının “Neftçi” klubu transfer fəaliyyətini Keysuke Honda ilə yekunlaşdırmayacaq. Bakı təmsilçisi yaxın vaxtlarda daha bir oyunçu ilə müqavilə bağlayacaq.

Onun kimliyini dəqiqləşdirmək mümkün olmasa da, pleymeyker olduğu deyilir. Hətta yeni transferə 10 nömrəli formanın veriləcəyi də bildirilir.

Qeyd edək ki, komandada bu formanın sahibi Saman Nərimancahanla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


Xəbər 372 dəfə oxundu.