Azərbaycanlı ədalət təmsilçisi “Turkish Open” beynəlxalq turnirin ən yaxşı hakimi seçilib
İstanbulda keçirilən “Turkish Open” beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev mükafat qazanıb.

O, yarışın ən yaxşı hakimi adına layiq görülüb.

Sayca 8-ci dəfə keçirilən “Turkish Open” beynəlxalq turniri taekvondoçularımız 1 qızıl, 1 gümüş və 1 bürünc medalla medalla başa vurublar. Belə ki, Milad Beigi Hərçəqani (87 kq) qızıl, Radik İsayev (87 kq-dan yuxarı) gümüş, Ayxan Tağızadə (74 kq) isə bürünc medala layiq görülüblər.

Xəbər 407 dəfə oxundu.