Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub
Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində daha 5 matç baş tutub.

Sensasiyanın qeydə alınmadığı oyunlardan sonra Kipr, Belarus, Polşa, Xorvatiya və İsveç çempionları mərhələ adlayıb. Yeganə böyükhesablı qələbəni də sonuncular qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Neftçi” Gürcüstan “Zestafoni2si ilə cavab oyununun 24-də keçirərək III təsnifat mərhələsinə yüksəlmişdi.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları

"Linfild" (Şimali İrlandiya) - AEL (Kipr) - 0:0 (ilk oyun - 0:3)
"Slask" (Polşa) - "Buduçnost" (Monteneqro) - 0:1 (2:0)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) - 3:2 (1:1)
"Vardar" (Makedoniya) - BATE (Belarus) - 0:0 (2:3)
"Helsinqborq" (İsveç) - TNS (Uels) - 3:0 (0:0)
bu xəbər 14 dəfə oxunu

Xəbər 1119 dəfə oxundu.