Serxio Aquero klubunu dəyişməyə yaxındır
İngiltərənin “Mançester Siti” klubunun argentinalı futbolçusu Serxio Aquero İspaniyanın “Barselona” komandasına keçməyə yaxındır.

Klubun yeni prezidenti Joan Laporta 32 yaşlı hücumçu ilə razılığa gəlib.

Futbolçu bu yay azad agent kimi Kataloniya klubuna keçəcək. İspaniya La Liqa təmsilçisi argentinalı oyunçu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, S.Aquero 2011-ci ildən “Mançester Siti” klubunun şərəfini qoruyur.

Xəbər 321 dəfə oxundu.