"Qarabağ"ın futbolçusu Super Liqa klubunun maraq dairəsinə düşüb
Ağdamın "Qarabağ" klubunun serbiyalı yarımmüdafiəçisi Uroş Matiç Türkiyə komandasına keçə bilər.

Ağdam klubunun ötən yay "Kopenhagen"dən transfer hüququnu aldığı legioner Super Liqa təmsilçilərindən "Hatayspor"un maraq dairəsinə düşüb.

Futbolçu Azərbaycan çempionu ilə mövsümlərarası fasilədə 2+1 illik müqavilə imzalayıb. Ancaq o, əsas heyətə düşməyə çətinlik çəkir. Məhz bu səbəbdən də, onun klubu tərk edəcəyi istisna deyil.

Xəbər 271 dəfə oxundu.