AFFA “Qəbələ”nin futbolçusu Merab Giqaurini 3 oyunluq cəzalandırıb
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Zirə”yə qarşı oyunda “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə alan "Qəbələ"nin futbolçusu Merab Giqauri 3 oyunluq cəzalanıb. Klub isə 2 min 400 manat məbləğində cərimə ödəməli olacaq.

“Zirə”nin 4 futbolçusu həmin görüşdə sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.

Komitə "Səbail"ə də eyni cəriməni tətbiq edib. Komandanın 4 futbolçusu "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları qarşılaşmada sarı vərəqə görüb.

Xəbər 381 dəfə oxundu.