Türk futbolçu Ozan Kabak “Liverpul”un ən yaxşısı seçilib
Futbol üzrə İngiltərə Premyer Liqası çərçivəsində keçirilən “Vulverhempton”-“Liverpul” qarşılaşmasında (0:1) matçın ən yaxşısı bəlli olub.

Mersisayd təmsilçisi sosial şəbəkə hesabında türk futbolçu Ozan Kabakı oyunun ən yaxşısı seçib.

Doxsan dəqiqə meydanda qalan 20 yaşlı müdafiəçi kritik müdaxilələri ilə diqqət çəkib.

Qeyd edək ki, O.Kabak qış transfer pəncərəsində “Şalke”dən “Liverpul”a keçib.

Xəbər 384 dəfə oxundu.