“Qarabağ”ın yarımmüdafiəçisi Kabo-Verde yığmasına dəvət alıb
Ağdamın “Qarabağ” klubunun futbolçusu Patrik Andrade Kabo-Verde yığma komandasına dəvət alıb.

Yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerun və Mozambik ilə oyunlar üçün milliyə çağırılıb.

Qeyd edək ki, Kabo-Verde yığmasının Kamerunla oyunu martın 22-də, Mozambiklə matçı isə ayın 30-da keçiriləcək.

Xəbər 448 dəfə oxundu.