“Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı 5-ci - sonuncu rəqibin adı müəyyənləşib
Sloveniyada təlim-məşq prosesini sona çatdırmaq üzrə olan “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı 5-ci - sonuncu rəqibin adı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, komanda bu gün Bakı vaxtı ilə 20:30-da Türkiyə təmsilçisi “Mersin İdman Yurdu” ilə üz-üzə gələcək. Bir gün sonra isə “Qəbələ” vətənə dönəcək.

Türkiyənin Mersin şəhərini təmsil edən klubun əsası 1925-ci ildə qoyulub. Komanda Türkiyə Superliqasında mübarizə aparır.

Xəbər 994 dəfə oxundu.