İlk dəfə UFC turnirində tamaşaçıların iştirakına məhdudiyyət qoyulmayacaq
Mütləq Döyüş Çempionatının (UFC) “UFC-261” turnirində pandemiya şəraitində ilk dəfə tamaşaçıların iştirakına məhdudiyyət qoyulmayacaq.

Bu barədə UFC-nin prezidenti Dana Uayt məlumat verib. Turnir aprelin 24-dən 25-nə keçən gecə ABŞ-ın Florida ştatındakı Ceksonvill şəhərində keçiriləcək. Axşamın əsas döyüşü amerikalılar Kamaru Usman və Xorxe Masvidal arasında orta çəkidə titul uğrunda cavab görüşü olacaq.

Qeyd edək ki, Kamaru Usman UFC-nin əsas yarışı olan “UFC-251” turnirində Xorxe Masvidalı məğlub edərək orta çəki dərəcəsində çempionluq titulunu qoruyub. Qarşılaşma 2020-ci ilin iyulunda Əbu-Dabinin “Döyüş adası”nda baş tutub. Bununla da 33 yaşlı K.Usmanın karyerası ərzində qazandığı qələbələrin sayı 17-yə çatıb. Onun aktivində 1 məğlubiyyət var. Onun 35 yaşlı rəqibi isə qarışıq döyüşlərdə 48 qarşılaşma keçirib, 35 qələbə qazanıb, 13 dəfə məğlub olub.

Xəbər 441 dəfə oxundu.