“Neftçi”nin yeni transferi Keysuke Honda ilə Bakı Olimpiya Stadionunda görüş olub
Martın 16-da Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və “Neftçi” klubunun yaponiyalı yeni transferi Keysuke Honda ilə görüşüb.

Görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı 2019-cu ilin mayında UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda təşkil olunduğu, bu il isə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununun keçiriləcəyi vurğulanıb.

Görüşdə “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev də iştirak edib.

Xəbər 363 dəfə oxundu.