Aydın Süleymanlı Monteneqro şahmat festivalında ikinci pillədədir
Monteneqroda Azərbaycan təmsilçisi Aydın Süleymanlının da qatıldığı şahmat festivalı davam edir.

Qrossmeyster normalı yarış dairəvi sistem üzrə təşkil edilib. Şahmatçımız 6 turdan sonra 3,5 xalla ikinci yerdədir. Birinci pillədə isə 5 xalla yerli şahmatçı Nikola Cukiç qərarlaşıb.

Bu gün A.Süleymanlı daha üç turda mübarizə aparacaq.

Xəbər 390 dəfə oxundu.