Lionel Messi La Liqada növbəti rekorda imza atıb
İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Lionel Messi ölkə çempionatında qol rekorduna imza atıb.

Futbolçu buna İspaniya La Liqasının XXVII turu çərçivəsində “Ueska” ilə matçında fərqlənməklə nail olub. Bu, mövsümün 25 oyununda Messinin 20-ci qolu olub.

Beləliklə, Messi La Liqa tarixində 13 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran birinci oyunçu olub.

Qeyd edilir ki, argentinalı hücumçunun ardıcıl qollar seriyası 2008/2009-cu il mövsümündə başlayıb. Messi ən yaxşı nəticəni 2011/2012-ci il mövsümündə göstərib, futbolçu həmin vaxt 50 qol vurub.

Xəbər 382 dəfə oxundu.