"Neftçi"dən ayrılan iranlı futbolçu Təbriz klubu ilə anlaşıb
“Neftçi” ilə yollarını ayıran futbolçu Saman Nərimancahanın yeni komandası bəlli olub.

30 yaşlı iranlı yarımmüdafiəçi ölkəsində çıxış edəcək.

S.Nərimancahan "Traktor" klubu ilə anlaşıb. Təbriz təmsilçisi onunla imzalanacaq müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, S Nərimancahan 2020-ci ilin yanvarında "Neftçi"yə keçmişdi. O, 2014 - 2016-cı illərdə də "Traktor"un formasını geyinib.

Xəbər 388 dəfə oxundu.