Qadın cüdoçularımız Albaniyada təlim-məşq toplanışı keçirlər
Qarşıdakı beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Albaniyada təlim-məşq toplanışı keçirlər.

Golem şəhərində təşkil olunan təlim-məşq toplanışında baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə beş cüdoçu iştirak edir. Cüdoçularımızdan İrina Kindzerska (+78 kq) və Gültac Məmmədəliyeva (52 kq) zədə ilə əlaqədar müalicə aldıqları üçün toplanışa qatılmayıblar.

Golemdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, İtaliya, Almaniya, İspaniya, Braziliya, Albaniya, Kosovo, Macarıstan, Polşa, Hollandiya, Türkiyə, Sloveniya, İsveçrə və digər ölkələrin yığmaları da qatılıblar.

Qeyd edək ki, cüdoçularımız mart-aprel aylarında Tbilisidə və Antalyada “Böyük dəbilqə” yarışlarında, eləcə də Portuqaliyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

Xəbər 453 dəfə oxundu.