“İnter” Azərbaycan futbol tarixinə düşən matça çıxacaq
Bu gün “İnter” Azərbaycan futbol tarixinə düşən matça çıxacaq. İdman.сom.az saytının məlumatına görə, bu, 1994-cü ildən çıxış etdiyimiz avrokuboklarda Yunanıstanda ilk oyunumuz olacaq. Debüt “bankirlər”in həmin ölkənin elə də tanınmayan, son çempionatı 6-cı yerdə bitirən “Asteras”la səfər matçında reallaşacaq. İndiyə kimi millimiz Yunanıstanla heç vaxt üzləşmədiyindən, tarixi oyun klub səviyyəsində Avroliqada reallaşacaq.

“İnter” Tripoli təmsilçisi ilə evdə 1:1 hesablı bərabərliyə qaldığından, səfərdə mütləq qol vurmalıdır. Komandamız istənilən hesablı qələbə sayəsində mərhələ adlayacaq. Buna nail olmaq üçün heç-heçə isə evdəkindən məhsuldar, ən azı 2:2 olmalıdır.

Xəbər 948 dəfə oxundu.