“Real Madrid” klubunun yeni mövsümdə geyinəcəyi forma təqdim edilib
İspaniyanın “Real Madrid” futbol klubunun yeni mövsümdə ev oyunlarında geyinəcəyi forması təqdim edilib.

Komanda ənənəvi olaraq ağ rəngli formalarda çıxış edəcək. “Adidas”ın hazırladığı formaların çiynində üç mavi zolaq olacaq.

Qeyd edək ki, Madrid təmsilçisi İspaniyada çempionatında 27 turdan sonra 57 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər 343 dəfə oxundu.