Kərim Benzema “Real Madrid”də növbəti rekorda imza atıb
Kərim Benzema “Real Madrid”də La Liqa çərçivəsində legionerlər arasında ən çox matça çıxan oyunçu kimi rekorda imza atıb.

“Atletiko” ilə matç 33 yaşlı fransalı üçün 371-ci olub. Bundan əvvəl rekord əfsanəvi braziliyalı Roberto Karlosa məxsus idi. Onun aktivində 370 matç var.

Qeyd edək ki, İspaniya La Liqasının 26-cı turunda Madridin “Atletiko” və “Real” komandaları qarşılaşıblar. Qarşılaşmada meydan sahiblərinin heyətində Luis Suares oyunun 15-ci dəqiqəsində hesabı açıb. Qonaqlar bu qola matçın sonuna yaxın - 88-ci dəqiqədə Kərim Benzemanın dəqiq zərbəsi ilə cavab veriblər – 1:1.

Xəbər 366 dəfə oxundu.