“Neftçi” yarımmüdafiəçisi Saman Nərimancahanla yollarını ayırıb
Bakının “Neftçi” futbol klubu yarımmüdafiəçisi Saman Nərimancahanla yollarını ayırıb.

İran futbolçusu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, “Neftçi”yə 2020-ci ilin yanvarında transfer olunmuş S.Nərimancahan Bakı təmsilçisinin heyətində 22 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

Xəbər 355 dəfə oxundu.