“Neftçi” klubunun yeni transferi Keysuke Honda tibbi baxışdan keçib
Bakının “Neftçi” futbol klubunun yeni transferi Keysuke Honda tibbi baxışdan keçib.

Bu barədə paytaxt təmsilçisinin rəsmi televiziyası məlumat yayıb.

“Neftçi” bu gün saat 17:00-da Keysuke Honda ilə müqavilə imzalayacaq. “Bakcell Arena”da baş tutacaq təqdimat mərasimi saat 17:00-da start götürəcək. Daha sonra isə “Zoom” proqramı vasitəsilə mətbuat konfransı keçiriləcək.

Xəbər 420 dəfə oxundu.