Futbol üzrə İngiltərə kubokunun final matçına azarkeşlər buraxıla bilər
Futbol üzrə İngiltərə kubokunun final matçına azarkeşlər buraxıla bilər.

Yerli hökumət karantindən sonra oyunlarda çox sayda azarkeşin iştirakını sınamaq istəyir. Belə olacağı təqdirdə, matçlar başlamazdan əvvəl və yekunlaşandan sonra fanatlardan koronavirus testi götürüləcək. İlkin mərhələ olaraq mayın 15-də keçiriləcək İngiltərə kubokunun finalına 20 min azarkeşin buraxılması planlaşdırılır. Əgər bu uğurlu olarsa, digər idman tədbirlərində 10 minədək azarkeşin iştirakına icazə veriləcək.

Xəbər 365 dəfə oxundu.