“Xəzər Lənkəran” polşalı futbolçu ilə bağlı qərarını verib
“Xəzər Lənkəran” baxışa çağırdığı polşalı futbolçu ilə bağlı qərarını verib. İdman.com.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində “Lex”lə cavab oyununu keçirmək üçün Polşada olan komandanın düşərgəsinə elə Poznanda qoşulan Lukas Modey cənublulara lazım olmayıb.

30 yaşlı sağ cinah yarımmüdafiəçisini bir neçə məşqdə sınayan baş məşqçi Yunis Hüseynov polşalının ustalıq səviyyəsindən razı qalmayıb. Bu üzdən də Modey komandanın düşərgəsini tərk etməsi məqsədəuyğun sayılıb.

Qeyd edək ki, karyerası ərzində LKS, “Rux”, “Lex”, “Slask”, həmçinin Portuqaliyanın “Akademika” klublarında oynamış Lukas Polşa milli komandasında 3 oyun keçirib.

Xəbər 1152 dəfə oxundu.