Karateçilərimiz Portuqaliyada Premyer Liqa turnirində iştirak edəcəklər
Karate üzrə növbəti Premyer Liqa turniri Portuqliyanın Lissabon şəhərində keçiriləcək.

Aprelin 30-dan mayın 2-dək keçiriləcək yarışda Azərbaycan karateçiləri də mübarizə aparacaqlar. Yığmamız İstanbulda keçirilmiş Karate 1 Premyer Liqa turnirindən Bakıya döndükdən sonra yarışa hazırlaşacaq.

Qeyd edək ki, turnirin əvvəlcə fevralın 19-21-də təşkili planlaşdırılsa da, sonradan təxirə salınıb. Yarış Olimpiya reytinq cədvəlinə xallar qazandıracaq.

Xəbər 407 dəfə oxundu.