“Zirə” son dəqiqələrdə vurduğu qolla heç-heçə edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

İkinci günün ilk matçında "Qəbələ" klubu “Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən Vinko Medimoreç açıb. Bu qoldan 6 dəqiqə sonra "Qəbələ"dən Merab Giqauri birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlar say üstünlüyündən 90+4-cü yeni transfer Fakundo Melivilonun qolu ilə yararlanmağı bacarıblar.
Bu nəticədən sonra xalını 30-a çatdıran "Zirə" 3-cü, 23-cü xalını qazanan "Qəbələ" isə 5-ci pillədə qalıb.

Xatırladaq ki, turun ilk oyun günündə "Qarabağ" klubu "Sabah"ı 2:0 hesabı ilə yenib, "Sumqayıt" - "Keşlə" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 2:2. Tura hazırda davam edən "Neftçi" - "Səbail" matçı ilə yekun vurulacaq.

Xəbər 612 dəfə oxundu.