Karate 1 Premyer Liqa turniri: İdmançılarımız qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar
Martın 14-də İstanbulda Azərbaycan komandasının da qatıldığı Karate 1 Premyer Liqa turnirinin son görüşləri keçirilir.

Karateçilərimizdən Roman Heydərov (kata) fərdi yarışlarda bürünc medal uğrunda qarşılaşmada məğlub olub.

Bugünkü yarışlarda, həmçinin Firdovsi Fərzəliyev (60 kq) finalda gücünü sınayacaq. Kişilərin fərdi yarışlarında Asiman Qurbanlı (+84) isə üçüncü yer uğrunda mübarizə aparacaq. Kata komandamız da bürünc medal yarışına qatılacaq.

Turnirdə ölkəmizi 21 idmançı təmsil edir.

Xəbər 388 dəfə oxundu.