Pep Qvardiola Premyer Liqada ən yaxşı məşqçi seçilib
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisinin adı açıqlanıb.

Bu mükafata “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb.

O, ardıcıl ikinci dəfə ən yaxşı seçilib. 50 yaşlı mütəxəssis səsvermədə Nunu Eşpiritu Santu ("Vulverhempton"), Skott Parker ("Fulhem") və Tomas Tuheli ("Çelsi") qabaqlayıb.

Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" ötən ay ölkə çempionatında 6 matça çıxıb və hamısında qələbə qazanıb.

Xəbər 371 dəfə oxundu.