İlkay Gündoğan Premyer Liqada ən yaxşı futbolçu seçilib
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Bu mükafata “Mançester Siti”nin futbolçusu İlkay Gündoğan layiq görülüb.

Türk əsilli almaniyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada 5 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, İ.Gündoğan cari mövsümdə Mançester təmsilçisinin heyətində keçirdiyi 32 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər 396 dəfə oxundu.