Bu gün Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Meltvater” turnirində mübarizəyə başlayacaqlar | |
Martın 13-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turniri start götürəcək. İndiyədək keçirilmiş hər üç turnirdə iştirak edən Teymur Rəcəbovla yanaşı, bu dəfə ölkəmizi daha bir şahmatçı, Azərbaycanın ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov da təmsil edəcək. Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparacaq. Şahmatçılarımızın rəqibləri Maqnus Karlsen, amerikalılar Nikaru Nakamura və Uesli So, rusiyalılar Yan Nepomnyaşi, Sergey Karyakin və Daniil Dubov, fransalı Maksim Vaşye-Laqrav, Niderland təmsilçiləri Aniş Giri və Yorden Van Forest, ispaniyalı David Anton Quixarro, argentinalı Alan Peçot, isveçli Nils Qrandelius, FIDE-ni təmsil edən Alireza Firuzca və Ermənistan təmsilçisi Levon Aronyan olacaqlar. Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq yarışın ilk beş turu keçiriləcək. Birinci turda Şəhriyar Məmmədyarov Levon Aronyan ilə qarşılaşacaq. Teymur Rəcəbov da ilk oyun günündə L.Aronyanla qarşılaşacaq. Onların görüşü dördüncü turda olacaq. |
|
Xəbər 440 dəfə oxundu. |
|
|