Azərbaycanın para-atletləri Tunisdə lisenziya xarakterli Qran-Pri turnirində mübarizə aparacaqlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika komandası baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi ilə Antalyada təlim-məşq toplanışında iştirak edir.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, idmançılarımız martın 14-21-də Tunisdə keçiriləcək para-atletika üzrə lisenziya xarakterli Qran-Pridə mübarizə aparacaqlar.

On altı nəfərlik heyət Tunisə martın 13-də yola düşəcək.

Xəbər 407 dəfə oxundu.