Budapeştdə qılıncoynatma üzrə dünya kuboku turnirinə start verilib
Martın 12-də Budapeştə qılıncoynatmanın sablya növü üzrə dünya kuboku turnirinə start verilib.

Yarışda ölkəmizi sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri təmsil edirlər. Qadın sablyaçılarımız həm şəxsi, həm də komanda yarışında iştirak edirlər.

Turnirdə Səbinə Kərimova, Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakova mübarizə aparırlar.

Xəbər 400 dəfə oxundu.