Azərbaycan Premyer Liqasının XX turunun iki oyunu üçün hakim təyinatları açıqlanıb
Martın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında XX turunun iki oyunu üçün hakim təyinatları açıqlanıb.

Martın 13-də keçiriləcək “Qarabağ”–“Sabah” matçının baş hakimi Orxan Məmmədov olacaq. “Sumqayıt”–“Keşlə” qarşılaşmasını isə FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Görüşlər müvafiq olaraq saat 17:00-da və 19:45-də başlayacaq.

Turun digər iki görüşündə “Qəbələ” öz meydanında “Zirə”ni, “Neftçi” isə “Səbail” komandasını qəbul edəcək.

Xəbər 375 dəfə oxundu.