UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı oyunçusu seçilib
Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Bu ada azarkeşlər arasında aparılan səsvermə nəticəsində Dortmundun “Borussiya” klubunun futbolçusu Erlinq Haaland layiq görülüb.

Norveçli hücumçu komandasının doğma divarlar arasında İspaniyanın “Sevilya” klubu ilə 2:2 hesablı heç-heçə etdiyi görüşdə dubl edib. O, səsvermədə “Portu” komandasının futbolçusu Serjiu Oliveyranı, “Liverpul” klubundan Fabinyonu və “Paris Sen-Jermen”in qapıçısı Keylor Navası qabaqlayıb.

Xəbər 360 dəfə oxundu.