Karateçimiz Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev (60 kq) İstanbulda keçirilən Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb.

Kumite yarışlarında çıxış edən F.Fərzəliyev bütün rəqiblərini məğlub edərək adını finala yazdırıb. Həlledici mərhələdə onun rəqibi Türkiyə təmsilçisi Eray Şamdan olacaq. Qarşılaşma martın 14-də keçiriləcək.

Kata komandamız isə bürünc medal uğrunda mübarizə aparacaq. Həmin görüş də martın 14-də baş tutacaq.

Turnirdə 75 ölkədən 865 karateçi iştirak edir.

Xəbər 424 dəfə oxundu.