Azərbaycan millisi "A" liqasında mübarizə aparacaq
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2022-ci ildə Çexiyada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 7-ci qrupda Norveç, İtaliya və Polşa yığmaları ilə mübarizə aparacaq.Bu qrupun oyunları İtaliyada təşkil olunacaq.

İlkin mərhələdə "A" liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək. Qeyd edək ki, milli komandamız A qrupunda qərarlaşıb. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq.

Xəbər 1091 dəfə oxundu.