“Neftçi” klubunun “Hapoel”i ilə ilk qarşılaşmasının da başlama vaxtına aydınlıq gəlib
Çempionlar Liqasının III təsnifat mərhələsinin bəzi oyunlarının vaxtı dəqiqləşib. İdman.com.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun İsrail “Hapoel”i ilə ilk qarşılaşmasının da başlama vaxtına aydınlıq gəlib.

Kiryat-Şimona təmsilçisi ilə Hayfada keçiriləcək matç avqustun 1-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matç “İtztadion Kiryat Eliezer” stadionunda baş tutacaq.

Xəbər 984 dəfə oxundu.