Azərbaycan komandası Karate 1 Premyer Liqa turnirində mübarizəyə başlayıb
Martın 12-də İstanbulda Karate 1 Premyer Liqa turniri start götürüb.

Turnirdə ölkəmizi Azərbaycan Milli Karate Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 21 idmançıdan ibarət heyət təmsil edir. Üç gün davam edəcək turnirin kumite yarışlarında Firdovsi Fərzəliyev, Sultan Hüseynov və Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev, Fərid Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı, Əli Cəfərov (84 kq) güclərini sınayacaqlar. Qadınların yarışında isə Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova, Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaqlar.

Kata yarışlarında Roman Heydərov (fərdi), həmçinin Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət komanda iştirak edəcək.

Turnirdə ümumilikdə 75 ölkədən 865 karateçi iştirak edir.

Xəbər 381 dəfə oxundu.