Beşnövçülük üzrə dünya kubokunun finalı Budapeştdə keçiriləcək
Cənubi Koreyada təşkili planlaşdırılan beşnövçülük üzrə dünya kubokunun finalının Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi qərara alınıb.

Bu barədə Beynəlxalq Müasir Pentatlon İttifaqının (UIPM) İcraiyyə Komitəsi qərar qəbul edib. Mayın 13-16-da keçiriləcək turnirin yeri koronavirus pandemiyası səbəbindən dəyişdirilib.

Budapeştdə keçiriləcək dünya kuboku finalı ərəfəsində test yarışları da təşkil olunacaq.

Xəbər 417 dəfə oxundu.