Millimiz Albaniya və Monteneqro yığmaları ilə qarşılaşacaq
İsveçrənin Nyon şəhərində final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Aszport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz "B" liqasında Albaniya və Monteneqro yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. "B" liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi "A" liqasına vəsiqə qazanacaq. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. İkinci mərhələdə "A" liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 357 dəfə oxundu.