UEFA Avropa Liqası: "Milan" son dəqiqələrdə məğlubiyyətdən xilas olub
Martın 11-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

Günün maraqla gözlənilən matçında "Mançester Yunayted" öz meydanında İtaliyanın "Milan" klubunu qəbul edib.

"Old Trafford" stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 50-ci dəqiqədə "Mançester Yuneyted" klubunun futbolçusu Amad Diallo açıb.

Görüşün son dəqiqəsində "Milan" komandası hesabı bərabərləşdirib. Simon Kiayer künc ötürməsindən sonra dəqiq baş zərbəsi ilə komandasını məğlubiyyətdən xilas edib.

Günün digər erkən başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

Slaviya" Praqa (Çexiya) - "Qlazqo Reyncers" (Şotlandiya) - 1:1;

"Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya) - 0:2;

"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə) - 3:0.

Xəbər 319 dəfə oxundu.