Bərdədə atletika üzrə yarışın qalibləri müəyyənləşib
Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər stadionunda 2004-2005-ci və 2006-2007-ci il təvəllüdlü oğlanlar arasında 100 metr məsafəyə qaçış turniri keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, turnirin açılışında Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək yarış barədə məlumat verib və iştirakçılara uğurlar arzulayıb.

Respublikanın Əməkdar məşqçisi Nurəddin Əliyev çıxış edərək I və II Qarabağ müharibəsində idmançıların göstərdikləri şücaətdən danışıb.

Yarışın nəticələrinə əsasən, 2004-2005-ci il təvəllüdlü atletlər arasında Asəf Məmmədov, Nicat İsazadə və Asiman Bayramov ilk üçlükdə yer alıblar. 2006-2007-ci il təvəllüdlülər arasında isə Məhəmməd Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sinan Abbasov yarışı ikinci, Hüseyn Musayev üçüncü pillədə qərarlaşıblar.

Yarışın qalibləri Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 455 dəfə oxundu.